28 şagirdə cinsi istismar: 636 il azadlıqdan məhrumetmə cəzası 

Məhkəmə qərarına yenidən baxılacaq

28 şagirdə cinsi istismar etmək əməlinə görə toplam 636 il azadlıqdan məhrumetmə cəzası almış Mahmut Aydın Köksar haqqında məhkəmə qərarına yenidən baxılacaq.

  “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Türkiyənin Antalya bölgəsindəki Kəpəz əyalətindəki ibtidai məktəbdə müəllim işləyən M.A.Köksar 6 il öncə həbs edilib. Onun həbsinə səbəb şagirdlərə qarşı cinsi istismar hərəkətləri etməsi olub. “Müəllim”in əməli istintaq zamanı təsdiqləndiyindən məhkəmənin qərarı ilə 621 il həbs cəzası verilib. M.A.Köksar müəllimlikdən də uzaqlaşdırılıb. Lakin “müəllimin” ötən il daha 1 şagirdə qarşı cinsi istismara yol verdiyi müəyyənləşib və onun həbs müddətinə 15 il də əlavə olunub. Bu günlərdə isə 6 şagirdlə bağlı istintaq materiallarında çatışmazlıq üzə çıxdığından məhkəmə prosesinə yenidən başlanılıb.  Məhkəmə qərara gəlib ki, hökm “dəlil yetərsizliyi və hüquqi ziddiyyətlər hökmə təsir edə bilər”. Bu səbəbdən də məhkəmə istintaqını yenidən başlatmaq qərarına gəlinib. İstismarçı “müəllim” yenidən hakim qarşısına çıxarılacaq.