Balaca qəhrəman! 6 yaşlı qız insult keçirən anasının həyatını xilas edib

ABŞ-da bir qız boş ərazidə maşın sürərkən insult keçirən anasını xilas edib. Balaca qızın qəhrəmanlığı ABŞ mətbuatında manşetlərə çevrilib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində İbtidai sinif şagirdi Bryanna Cook anası Yolanda Kuk ilə birlikdə Prestonda nənəsini görmək üçün yola çıxıb.


Bryannanın anası Missisipidə 21-ci şossedə maşın sürərkən  qəfil insult keçirir. Maşın meşədə dayandıqdan sonra ana heç bir reaksiya vermir. Bu zaman Bryanna anasının mobil telefonunu götürür. Balaca Bryanna başına gələni belə izah edir: "Qorxdum, ona görə də nənəmə zəng etdim, amma anam oyanmırdı".


Nənəsi ona 911-ə zəng etməsini söyləyir. Bryanna qaynar xəttə zəng edərək vəziyyəti Latonya Malone adlı məmura bildirir. Daha sonra o, ətrafını, avtomobilin yoldan nə qədər uzaq olduğunu və anasının vəziyyətini təsvir edərək ilk müdaxilə edənlərə kömək olur.

Növbəti iki saat ərzində Bryanna telefonda qalır və Malonenin göstərişlərinə əməl edir. Balaca qız anasının təmiz hava alması  üçün qapıları açır: "Oyanıb-oyanmayacağını görmək üçün üzünə də vurdum, amma oyanmadı" deyir.

Bryanna və nənəsinin məlumatı sayəsində ilk müdaxilə edənlər avtomobilə çata biliblər. Ana təyyarə ilə Tupelodakı Şimali Missisipi Tibb Mərkəzinə çatdırılmadan əvvəl Macon xəstəxanasına aparılıb.

Bryanna, anası evə buraxılana qədər anasını xəstəxanada müşayiət edir.  "Mən anama kömək etdim. Xəstəxanada yatağından qalxmasına kömək etdim və onu sevdiyim üçün onunla birlikdə koridorları gəzdim", - Bryanna deyib.

Bölgə rəhbərləri Bryannanı şərəfləndirəndə Malonun onunla şəxsən görüşmək imkanı əldə edir. Məktəb direktor Monte Ewing-Johnson, Bryannanın təşkilatın şagirdlərə aşılamağa çalışdığı dəyərləri nümayiş etdirdiyini söyləyib:

"Bryannanın qəhrəmanlığını öyrənəndə ürəyimdə hiss etdiyim sevinc ölçüyəgəlməzdir. Bryanna sinif yoldaşlarına qarşı mehriban, şəfqətli və səbirlidir, bu səbəblə onun özünü və anası xilas etmək üşün  911-ə zəng edib, gözləməsi haməməzə qürurlandırdı".