Paytaxt sakinini avtomobil vurub

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, qəza Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, Rəşid İsmayılov küçəsində 1988-ci il təvəllüdlü İsmayılov Rasim Sərdar oğlu yolun piyada üçün müəyyən edilməyən hissəsindən yolu əks tərəfə keçmək istəyib.

Bu zaman onu minik avtomobili vurub.

Piyada ağır xəsarətlər alıb.

O, hadisəni törədən sürücünün köməkliyi ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Qeydə alınına yol qəzası ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.