Bakıda məktəbdən oğurluq edilib

Binəqədi rayonunda məktəbdən oğurluq edilib.
DİN-dən APA-ya verilən məlumata görə, noyabrın 22-nə keçən gecə Binəqədi rayonu ərazisindəki orta məktəblərin birindən notbuk və proyektor oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri N.Atayev və əvvəllər məhkum olunmuş F.İdrisov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.