Gəncədə 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb 

Gəncə şəhərində 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, İmişli rayonu, Şahverdili kənd sakini, 1976-cı il təvəllüdlü Niyaz Mikayıl oğlu Vəliyev Gəncə şəhərində ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarətlər alıb.

O, yaxınlıqdakı insanlar tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilənlən tibbi yardımlara baxmayaraq, zərərçəkən xəstəxanada dünyasını dəyişib. Onun fəhlə olaraq çalışdığı ərazidə hündürlükdən yıxılaraq xəsarət aldığı bildirilir.

Qeyd edək ki, mərhum ailəli olub və ailəsi ilə birgə Gəncə şəhərində yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.