15 yaşlı oğlan damdan yıxılaraq öldü

Goranboyda 15 yaşlı oğlan bələdiyyə binasının damından yıxılaraq ölüb.
Axar.az xəbər verir ki, hadisə rayonu Xanqərvənd kəndində qeydə alınıb.

Göyçay rayon sakini 2008-ci il təvəllüdlü Sadiq Qurbanov kənddə yerləşən bələdiyyə binasının damından yıxılıb. 15 yaşlı oğlan hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.