Şəkidə maşın 53 yaşlı qadını vurub öldürüb

Dekabrın 10-u saat 17:50 radələrində Şəki şəhəri ərazisində Samir Məmmədov idarə etdiyi “Opel” markalı avtomobil ilə yolu keçən piyada, 1970-ci il təvəllüdlü Abduləzizova Arzu Səməd qızını vurub.
Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib. Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.