Bursanın mərkəzi Nilüfer rayonunda dünən gecə baş verən zəlzələdən sonra qeydə alınan sirli işıq görüntüsü çaxnaşmaya səbəb olub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, keçən həftə Gəmlik körfəzi, Mudanya və Bursanın mərkəz rayonlarında hiss edilən 5,1 bal gücündə zəlzələdən sonra Bursada yeni zəlzələlər baş verir.
Dünən Gəmlik rayonunda 3,2, Nilüfer rayonunda isə ötən gecə saat 22.59-da 2,6 bal gücündə zəlzələ baş verib.
Nilüferdə baş verən zəlzələdən 40 dəqiqə sonra baş verən işıq partlayışı panikaya səbəb olub.
Vətəndaşların avtomobil kameralarına, iş yerinin kameralarına və ev kameralarına qeydə düşən işıqlı görüntü həyəcana səbəb olub.