Universitet müəllimi dəhşət saçdı -ŞOK OLAY

4 yaşlı qızını və qayınanasını öldürdü, sonra intihar etdi

  Tükiyənin İzmir şəhərində faciə yaşanıb. Ali məktəb müəllimi dosent-doktor Yusuf Yılmaz tapança ilə 3 nəfərə atəş açıb. Onlardan biri 4 yaşlı qızı Linda, ikincisi, 61 yaşlı qayınanası Dilək Uzeli, üçüncü şəxs isə həyat yoldaşı Dərya Uzeli  Yılmazdır.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 4 yaşlı Linda və nənəsi hadisə yerində ölüblər. Yusuf Yılmazın həyat yoldaşı Dərya isə ağır yaralanıb. Yusuf  Yılmaz onlara atış açdıqdan sonra özünü də eyni silahla vuraraq intihar edib. Hadisə səhər saat 09:30 radələrində İzmirin Bornova bölgəsi, Atatürk məhəlləsində meydana gəlib. Hadisə yerinə gələn polis 3 nəfərin meyitini aşkarlayıb. Dərya Uzeli Yılmaz isə təcili yardımla xəstəxanaya aparılıb. Məlum olub ki, ailə çətin günlər keçirirmiş. Ege Universitetində müəllim işləyən Yusuf Yılmaz bir müddətdir xərçəng xəstəliyindən müalicə alırmış, müalicə olunmaq üçün xarici ölkəyə də gedib. Həyat yoldaşı ilə isə boşanma mərhələsində olub. Y.Yılmazın həyat yoldaşı Dərya Uzeli də müəllimdir və İzmir Katib Çələbi Universitetində işləyir. Boşanmaq üçün məhkəməyə müraciət edən cütlük bir müddətdir ayrı yaşayırmış. Y.Yılmaz həyat yoldaşının yaşadığı evin önünə gəlib, bu vaxt həyat yoldaşı, qızı Linda nənəsiylə birlikdə avtomobildən eniblər. Onları gözləyən Y.Yılmaz tapançadan 3-nə də atəş açıb. Sonra da silahla öz başından vurub. Y.Yılmazın silahdan istifadəyə icazəsi olmayıb. Qanunsuz silah gəzdirib. Ailəni tanıyanlarsa Y.Yılmazın xərçəng xəstəliyindən xilas olmayacağını bilərək ailəsinə qarşı belə qəddar hərəkət etdiyini düşünür. Dərya Yılmaz hazırda xəstəxanadadır, həkimlər onun həyatını xilas etməyə çalışır.