Az qala öləcəkdi: Timsahın əlindən güclə aldılar 

ABŞ-ın Yuta ştatındakı vəhşi təbiət parkında qorxulu anlar yaşanıb. Nəhəng timsah heç kim nə baş verdiyini anlamadan baxıcısına hücum edib. Qolu timsahın ağzında olan qadın dərhal suya atılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  ABŞ-ın Yuta ştatındakı Scales and Tails vəhşi təbiət parkında işləyən qadın şou zamanı uşaqların gözü qarşısında nəhəng timsahın hücumuna məruz qalıb.

Parkın  işçilərdən birini timsahın dişlədiyini anlayan Donnie Viseman "Burada çox ciddi problemimiz var" deyə qışqıraraq kömək istəyib.

Timsahın hücumundan sonra baxıcı məcburən  suya atılıb.


Viseman timsahın olduğu yerə atılıb. Bu zaman qolu timsahın çənəsi ilə tamamilə tutulan baxıcı qadın adama sürünənlə necə rəftar edəcəyini başa salıb.


Həmin vaxt orada olan başqa bir ziyarətçi, Todd Kristofer, daha sonra Donnie ilə birlikdə qorxmuş timsah idarəçisini təhlükəsiz yerə çəkib.

Toddun həyat yoldaşı Emi Kristofer  təcili yardım briqadaları hadisə yerinə gələnə qədər ilk tibbi yardım göstərib. Xəstəxanaya yerləşdirilən timsah baxıcısının vəziyyətinin yaxşı olması və sağalmağa başlaması xəbəri sevincə səbəb olub.

.