Naxçıvanda 2 maşın toqquşub, xəsarət alanlar var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə "Azərbaycan" küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. 77-ET-218 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobillə 75-BJ-181 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə 3 nəfərin xəsarət aldığı bildirilir.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.