Elşən Xəzərin dayısı oğlu dəm qazından öldü

Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub.
Sherg.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Xətai rayonunun 7-ci Əhmədli küçəsindəki fərdi yaşayış evində baş verib. 2005-ci il təvəllüdlü Məmmədli Hacıbala Elman oğlu hamam otağında olarkən qazdan zəhərlənərək həyatını itirib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən gənc meyxanaçı Elşən Xəzərin dayısı oğludur.