Məntəqə sədri seçki günü öldü - Foto

Mingəçevirdə seçki məntəqəsinin sədri dünyasını dəyişib.
Sherg.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında 33 saylı seçki məntəqəsində baş verib.
Məntəqə sədri və 14 saylı Körpələr Evi Uşaq Bağçasının sədri 1961-ci il təvəllüdlü Kəmalə Məmməd qızı Əsgərovanın ürək tutmasından halı qəfil pisləşib.
Bütün cəhdlərə baxmayaraq bir müddət sonra o keçinib.
Telegram Widget ">