Kürdəmirdə seçici səs verən zaman ölüb

Kürdəmirdə seçici seçki məntəqəsində ölüb.
APA xəbər verir ki, hadisə rayonun Carlı kənd orta məktəbində qeydə alınıb.
Belə ki, 1955-ci il təvəllüdlü İsmayıl Süleymanov 95 saylı Zərdab- Kürdəmir-Ucar dairəsinin 63 saylı məntəqəsində səs verən zaman ürək tutmasından ölüb.

Araşdırma aparılır.