Ekspedisiya rəisi: Əsgəran qalası ətrafında kütləvi məzarlıq tapılan ərazidə qazıntı işləri davam etdiriləcək

"Bu ərazidə ola bilsin ki, daha artıq insana aid olan qalıqlar aşkarlanacaq".
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akedemiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev Əsgəran qalası ətrafında aşkarlanan kütləvi məzaqlıqla bağlı açıqlamasında deyib. Bildirib ki, qazıntı işləri davam etdiriləcək: "Qazıntı işləri zamanı 8 nəfərə aid insan skeletinin qalıqlara aşkara çıxarıldı. Onlar təmizləndikdən sonra bizim tərəfimizdən götürüləcək və müvafiq laboratoriyaya təqdim etiləcək, orada qalıqların kimlərə aid olduğu müəyyənləşəcək. Qalıqları Xocalı sakinlərinə aid olduğu ehtimal olunur. Çünki bu, şahid ifadələrində bilavasitə təsdiqin tapıb. Bu ərazidə ola bilsin ki, daha artıq insana aid olan qalıqlar aşkarlanacaq. Bundan əlavə, digər güman edilən ərazilərdə də, tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Yəqin ki, növbəti aylarda burada bir neçə ərazidə tədqiqat işləri aparılacaq".