Bakıda mənzildən 35 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 35 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mənzillərin birindən 35000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bəhruz Məmmədov saxlanılıb.
Araşdırma aparılır.