Gürcüstanda bazarda atışma - Ölənlər var

Rustavi şəhərində bazarda atışma olub.
Sherg.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Hadisə zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Məlumata görə, atışma bazara girərək ticarətçilərə atəş açan naməlum şəxs tərəfindən törədilib.