Gəncədə intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağman adlanan yaşayış massivində qeydə alınıb.
2012-ci il il təvəllüdlü A.M. yaşadığı evdə özünü asıb. Azyaşlının meyiti yaxınları tərəfindən asılmiş vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.