Şabranda avtomobil maneəyə çırpılıb

Şabranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində Məcidova Ülkər İslam qızı və Məmmədov İlyas İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.