Horadizdə ağır yol qəzas: iki nəfər öldü

İyulun 2-də Horadiz Bəhrəmtəpə avtomobil yolunun 54-cü kilometrliyində ağır yol qəzası olub.

Axar.az xəbər verir ki, Məcid Şahlar oğlu Ağayev idarə etdiyi "Lada Priora” markalı minik maşınının Bəhramtapa qasəbəsi istiqamatinda idarəetməsini itirib.

Avtomobilin aşması nəticəsində sürücü və sərnişin Nəsimi Novruz oğlu Əhilov aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.