Naxçıvanda dönərdən zəhərlənən 6 nəfər evə buraxılıb.
Sherg.az xəbər verir ki, bu barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin növbətçi həkimi Nəzmin Allahverdiyeva açıqlama verib.
"Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə Naxçıvan şəhərində fəaliyyət göstərən kafelərdən birində dönərdən zəhərlənmiş üçü azyaşlı olmaqla 6 nəfər daxil olub. Onlarda ürək bulanma, qusma şikayətləri olub. Göstərilən simptomatik yardımlar sonrası xəstələr evə buraxılıb", - o qeyd edib.
***
17:05
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.
Sherg.az xəbər verir ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən, ikisi azyaşlı olmaqla 6 nəfərin dönərdən zəhərləndiyi bildirilib.
Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.