Leyla Əliyeva No Fon Li ilə görüşüb
Yusif Nəzərli
07:17 22.04.2025
Siyasət
366
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşüb.
APA xəbər verir ki, görüş bu ölkənin Milli Təsviri İncəsənət Muzeyində keçirilib. Bildirilib ki, muzey Vyetnamın bədii irsini nümayiş etdirən əsas mədəniyyət ocaqlarındandır. Muzeyin qalereyaları yerli və digər ölkələrdən ziyarətçiləri cəlb edən unikal kolleksiyaya sahibdir. Daimi ekspozisiyalarla yanaşı, burada müvəqqəti sərgilər, uşaqlar üçün yaradıcı məkan da var.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li iki ölkə arasında mövcud əlaqələrin genişlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edilib ki, Azərbaycanla Vyetnam arasında sıx əməkdaşlıq hələ Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ilk xarici səfərini məhz Vyetnama etdiyi vaxtdan başlayıb. Bu gün isə Ümummilli Liderin adını daşıyan Fond iki ölkə arasında münasibətlərin sıx tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq səviyyələrində davam etdirilməsi üçün Vyetnamla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.
Görüşdə dövlət səviyyəsində qurulan münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət, təhsil, sosial sahələr üzrə layihələr çərçivəsində daha da dərinləşməsinin vacibliyi vurğulanıb, bu il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkə əməkdaşlığının möhkəmlənməsində növbəti addım olacağına əminliklərini ifadə edilib.
Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 1954-cü ildə yazdığı “Vyetnam süitası” əsərinin 2023-cü ildə Hanoy şəhərində premyerasının keçirilməsi, Azərbaycan musiqiçilərinin Vyetnam Milli Musiqi Akademiyası ilə birgə konsert proqramının təşkili kimi mədəni layihələrin gələcəkdə də davam etdirilməsinin, hər iki ölkənin mədəniyyət günlərinin təşkil olunmasının, o cümlədən mədəniyyət xadimlərinin, ziyalıların və gənc fəalların qarşılıqlı səfərlərinin vacibliyi vurğulanıb.
Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələrin bundan sonra da müxtəlif sahələr üzrə davam etdiriləcəyi bildirilib, iki ölkənin turizm potensialı, ətraf mühitin qorunmasına yönələn layihələr diqqət mərkəzində olub. Həyata keçirilən layihələrin ölkələrimiz və xalqlarımız arasında münasibətlərdə xüsusi rol oynadığı qeyd edilib.
Oxşar xəbərlər
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
00:10 08.08.2026
Vaşinqtonda tarixi dönüş: İlham Əliyev Cənubi Qafqazın yeni geosiyasi düzənini qurdu - ANALİZ
14:42 07.08.2026
Xəbər lenti
Hamısına bax
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya