
İranla ABŞ arasındakı diplomatik uğur regionda münasibətlərin dəyişməsinə təsir göstərə bilər -Politoloq
10:53 22.04.2025
Region
424
ABŞ ilə danışıqlarda müəyyən çərçivələr daxilində və milli maraqlara uyğun olaraq razılaşmaya hazırıq.
Bu açıqlama ilə İran Prezidenti Məsud Pezeşkian çıxış edib.
O bildirib ki, ABŞ bərabər şərtlərlə sazişi qəbul etməkdən imtina etsə, İran öz yolu ilə gedəcək.
Qeyd edək ki, İran və ABŞ arasında nüvə danışıqlarına dair Oman (12 aprel) və İtaliyada (19 aprel) danışıqlar keçirilib. Növbəti danışıqlar 26 apreldə Omanda baş tutacaq.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, İranla ABŞ arasında görüşlər adət halını alıb:

“Bu həftənin sonunda birbaşa olmayan görüşün üçüncü mərhələsi keçiriləcək. Görüşün davamlı xarakter alması tərəflərin müəyyən məsələlərdə razılığa gəldiklərinin göstəricisidir. Müzakirə olunan başlıca mövzu isə Tehran tərəfinin iddiasına görə İranın nüvə proqramı və sanksiyaların aradan qaldırılmasıdır. Tehran hakimiyyəti bu görüşdə başqa mövzuların müzakirə olunduğunu istisna edir və nüvə məsələsiylə qarışdırılmasına qarşı çıxır. Tehran bildirir ki, görüşlər nəticəsində müzakirə olunan məsələlərlə bağlı razılıqlar əldə olunarsa, ondan sonra başqa mövzularda danışıqlar keçirmək mümkündür. Hesab edirəm ki, İranla ABŞ arasında diplomatik təmaslar nəticəsində uğur əldə olunarsa, bu regionda müəyyən münasibətlərin dəyişməsinə təsir göstərə bilər. Məsələn, İranda olan ənənəvi İsrailə və Amerikaya ölüm şüarı aradan qalxar, Tehran-Qüds münasibətlərində müəyyən yumşalma yaşanar. Eyni zamanda İsraillə əməkdaşlıqdan çəkinən ölkələrin problemləri aradan qalxar və region ölkələri arasında iqtisadi, ticarət əlaqələri inkişaf edər. Belə olan halda regionda Qərb, Amerika başda olmaqla əsas təsiredici qüvvə ola bilər. Bu isə bölgədə Rusiya və Çinin təsirlərini zəiflədir. Hələlik razılaşma nüvə proqramı və sanksiyaların götürülməsiylə bağlıdır. Tehran hakimiyyəti nüvə silahı hazırlamamağı və uranın zənginləşdirilməsini 3.67 faizdən artıq etməməklə bağlı üzərinə öhdəlik götürməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə