ADSEA: Yaxın 5 ildə içməli su tələbatının 90%-i ödəniləcək
Yusif Nəzərli
06:25 01.10.2025
İnfrastruktur
483
şşAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) olaraq 2030-cu ilədək qarşımıza konkret hədəflər qoymuşuq.
“APA-Economics” xəbər verir ki, bunu "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib.
O bildirib ki, ölkənin içməli suya olan tələbatının 90 faizini ödəmək, kanalizasiya xidmətlərinin əhatəsini genişləndirmək, su itkilərini azaltmaq və kənd təsərrüfatının suya olan tələbatının 95 faizini daha səmərəli üsullarla təmin etmək qurumun hədəfləridir:
“2040-cı ilə qədər isə bu öhdəliklər tam əhatəliliyə yüksələcək — xalqımızın, təsərrüfatlarımızın və sənayemizin ekoloji çərçivələr daxilində inkişafını təmin edəcək.
Bu baxış bütün sektorlar üçün əhəmiyyətlidir. Şəhərlər üçün bu, daha ağıllı sistemlər deməkdir. Daha etibarlı, daha təhlükəsiz su, daha az xərclə və daha az emissiya ilə. Kənd təsərrüfatı üçün bu, “hər damcıdan daha çox məhsul” deməkdir — müasir suvarma texnologiyalarından, torpaq və rütubət idarəçiliyindən istifadə. Sənaye və enerji üçün isə bu, təkrar istifadədə, soyutma və suya qənaət texnologiyalarında innovasiya deməkdir”.
Z.Mikayılov deyib ki, gələn il qurumun diqqəti konkret nəticələrə yönələcək:
“Bunlar milli su balansının dərc olunması, prioritet hövzələrdə idarəetmənin tətbiqi, itkilərin azaldılması üzrə iri proqramların işə salınması, yeni su anbarlarının layihələndirilməsinin irəlilədilməsi, həm suyun təkrar istifadəsi, həm də duzsuzlaşdırma üzrə pilot təşəbbüslərin başlanmasıdır. Bunlar yalnız Azərbaycana fayda verməyəcək, həm də daha geniş region üçün model olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət