60 nəfərə qarşı dələduzluq edən turizm şirkətinin qadın rəhbəri həbs edildi
09:17 13.05.2025
Hadisə
307
Turizm sahəsində çalışan Leyla İbrahimovanın törətdiyi dələduzluq cinayətlərinə görə həbsi ilə bağlı iddialara aydınlıq gətirilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.
Sosial şəbəkələrdə L.İbrahimovanın həbsi ilə bağlı barəsində şəxsi mülahizələrə əsaslanan iddialar onun törətdiyi cinayət əməlləri ilə uzlaşmır, 60 nəfər zərərçəkmiş var və onların hər biri vurulan maddi zərərin geri qaytarılmasını tələb edir.
Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş İbrahimova Leyla Rahib qızı özünü turizm xidməti göstərən "Romance Travel" şirkətinin rəhbəri kimi təqdim edib 51 nəfər zəvvarın ziyarətə getmələri üçün 8880, Amerikaya və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə ayrı-ayrı şəxslərdən 5600, 2120, 1797, 6000, 2202, 3500, 2780, 5858 manat pulu alıb verdiyi vədlərə əməl etməyərək 9 nəfərin 38737 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.
Vətəndaşların şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılaraq L.İbrahimova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə onun barəsində ibtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol