
Aqressiya artıb: Yeniyetmələr həyatı ağ və qara rəngdə görürlər
12:26 13.05.2025
Hadisə
360
Gəncədə naməlum şəraitdə xəsarət alan 18 yaşlı oğlan ölüb.
Lent.az xəbər ki, müalicə aldığı xəstəxanada həkimlərin tibbi müdaxiləsinə baxmayaraq ağır xəsarət alan 2007-ci il təvəllüdlü E.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Psixoloq Sevinc Baxışova Sherg.az-a bildirib ki, xalqımız hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutmuş və bu bizim üçün milli adət-ənənəyə çevrilmişdir:

“Bunun əksi olaraq müasir və doğru olmayan bəzi ailə modellərinin uşaqlara verdiyi zərərin daha böyük olduğunu, övladına qarşı soyuq olmağın, öhdəliklərindən imtina etməyin, ona dəstək və dəyər verməməyin, ailədəki problemləri həll etmək üçün aqressiyadan istifadə etməyin, övlad ilə ünsiyyət qurmamaq və onun problemləri ilə maraqlanmamağın ciddi boşluqlara səbəb olaraq uşağın psixologiyasında mənfi reaksiya və davranışlara təkan yaratdığının şahidi oluruq. Yeniyetmələrdə belə bir xüsusiyyət var. Onlar həyatı ağ və qara rəngdə görürlər. Onlar üçün orta yoxdur. Bəzən özlərini böyümüş kimi göstərmək üçün müxtəlif yollara əl atırlar. Məsələn, siqaret çəkmək, yüksək səslə danışmaq. Stress faktorunun yüksəlmə mərhələsi universitetə hazırlıqla formalaşır ki, bu mərhələdə yetərsizlik hiss etdikləri andan başlayaraq yeniyetmələr aqressivləşir. Bu gün sosial mediada paylaşılan xəbərlər, real həyatda baş verənlər, habelə uşaqların və yeniyetmələrin davranışında artmaqda olan aqressiya və zorakılıq halları ciddi narahatlıq doğurur. Bu hallar nəinki ailədə, eləcə də məktəb mühitində və digər sosial yerlərdə özünü büruzə verir. Aqqressiyanın aradan qaldırılması əsasən uşaq və valideynlər arasındakı əlaqənin keyfiyyətindən asılıdır. Sevgi və mehribanlıq, müsbət emosional atmosferli münasibətlər uşağın vacib sınaqlardan, ağrılardan qaçmasına və emosional rifahın qorunmasına kömək edir. Valideynlərin övladlarını sevmək və dəstəkləmək üçün əllərindən gələni etmələri çox vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol