Hərbi helikopter dənizə təcili eniş etdi

Türkiyədə "DENİZKURDU-II/2025" təlimində iştirak edən Dəniz Qüvvələri Komandanlığına məxsus helikopter texniki nasazlıq yaşayıb. Helikopter dənizə təcili eniş edib.

Sherg.az xəbər verir ki, təlim çərçivəsində Dəniz Qüvvələri Komandanlığına məxsus SH-70 tipli hərbi helikopter uçuş zamanı texniki nasazlıqla üzləşib.

Helikopter dənizə təcili eniş edib.

Helikopterdəki heyət üzvləri müayinə üçün xəstəxanaya aparılıb
Milli Müdafiə Nazirliyi helikopterdəki dörd hərbi qulluqçunun vəziyyətinin yaxşı olduğunu bildirib.