Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın
13:47 28.04.2025
Hadisə
340
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv Fay Xəritələri əsasında ölkədə zəlzələ riski ən aşağı olan 20 şəhər müəyyən edilib.
Sfera.az yerli mediaya istinadən xəbər verir ki, siyahıda ilk yerləri Sinop, Artvin və Rize şəhərləri yer alır.
Səlahiyyətlilər riskin aşağı olmasına baxmayaraq, bütün vətəndaşlara zəlzələyə hazır olmaları ilə bağlı çağırış ediblər.
Yenilənmiş xəritəyə əsasən, siyahıda Qara dəniz və İç Anadolu bölgələrində yerləşən şəhərlər üstünlük təşkil edir. Böyük şəhərlərdən uzaq, əsas fay xətlərindən nisbətən qorunan bu bölgələr həm mövcud tikili vəziyyəti, həm də coğrafi mövqeləri baxımından daha az riskli ərazilər hesab edilir.
Türkiyədə zəlzələ riski ən aşağı olan 20 şəhər:
Sinop
Artvin
Rize
Trabzon
Giresun
Kastamonu
Bartın
Zonguldak
Karabük
Amasya
Çankırı
Ətraflı
Yozgat
Kırşehir
Nevşehir
Niğde
Aksaray
Konya
Karaman
Kırıkkale
Edirne
"Risk aşağıdır, lakin sıfır deyil" xəbərdarlığı
Mütəxəssislər bildirirlər ki, bu şəhərlər böyük zəlzələlər baxımından daha az risk daşıyır, lakin Türkiyənin bütövlükdə zəlzələ ölkəsi olduğu unudulmamalıdır. AFAD nümayəndələri kiçikmiqyaslı zəlzələlər və afterşokların bu bölgələrdə də baş verə biləcəyini vurğulayıb.
Eyni zamanda, riskin aşağı olduğu şəhərlərdə belə binaların möhkəmliyinin vacibliyi qeyd edilib. Qəzalı və köhnə tikililər, yenə də təhlükə yarada bilər.
"Zəlzələ gerçəyini nəzarətdən kənar saxlamayın" çağırışı
AFAD bütün vətəndaşlara fövqəladə hallar planı hazırlamağı, fövqəladə çanta toplamağı və binaların gücləndirilməsi işlərinə önəm verməyi tövsiyə edərək, "Zəlzələ gerçəyini həmişə nəzərə almaq lazımdır" xəbərdarlığını edib. /Milli.Az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya