Mina çox ciddi problemdir, gözlə görünməyən düşməndir.
Bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsizliyi mübarizəyə yardım günü münasibətilə keçirilən brifinqdə deyib.
O bildirib ki, mina seçim etmir: "Mina qadın, uşaq, mülki şəxs tanımır, kortəbii şəkildə xəsarət yetirir, ya da öldürür. Dünyanın 60-dan çox ölkəsi minadan əziyyət çəkib. Dünyada 110 milyondan çox mina basdırılıb. Azərbaycanda da bu problemlə üzləşib".
Vüqar Süleymanov vurğulayıb ki, 30 il ərzində işğal dövründə Ermənistan torpaqlarımızda 1.5 milyon mina basdırıb. O bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra minatəmizləmə əməliyyatlarına başlanılıb: "Hazırda bu əməliyyatlar davam edir. Son 3 il ərzində böyük işlər görülüb, lahiyələr həyata keçirilir. Bizim soydaşlarımız artıq mərhələ-mərhələ öz torpaqlarına qayıdır".