Antiterror əməliyyatlarından sonra azad olunan ərazilərdə mina və partladılmamış sursatların təmizləmə işlərinə başlanılıb.
Sherg.az xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq mina məbərdarlığı və minatəmizləmə fəaliyyətinə yardım Günü münasibətilə keçirilən brifinqdə deyib.
ANAMA rəhbəri bildirib ki, həmin ərazilərdə müəyyən layihələr həyata keçirilir: "Biz ilkin baxış zamanı müxtəlif yerlərdə, körpülərdə, yollarda çoxlu sayda tələ minaları aşkar etdik. Orda bütün dövlət qurumları ilə birgə əməliyyatlara başladıq. Hazırda Xocalı, Malıbəyli, Xankəndi və Kərkicahanda minatəmizləmə fəaliyyəti davam edir”.