Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.
Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi
təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.
Kollecin rəisləri Universitet rektorunun təqdimatına əsasən müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.