Kərim Vəliyev və Qabor Böröndi hərbi müəssisələri gəzib -VİDEO
10:12 07.05.2025
Hərbi
385
Azərbaycan müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsi, Kibertəhlükəsizlik Mərkəzi və komando hərbi hissələrindən birini ziyarət edib.
Bu barədə Sherg.az-a nazirlikdən məlumat verilib.
Əvvəlcə HHQ-nin Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndələrə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-polkovnik Namiq İslamzadə müasir standartlara cavab verən, yüksək texnoloji imkanlarla təchiz edilmiş komanda məntəqəsinin strukturu və fəaliyyəti barədə məlumat verib. Qonaqlara ölkəmizin hava məkanına nəzarət, uçuş əməliyyatlarının koordinasiyası və qərargah səviyyəsində idarəetmə prosesləri barədə ətraflı brifinq təqdim olunub.
Sonra Kibertəhlükəsizlik Mərkəzinə gələn nümayəndələr Azərbaycan Ordusunun silahlanmasına daxil olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, eləcə də Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub. Nümayəndə heyətinə müasir kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumat verilib.
Daha sonra hər iki ölkənin Baş Qərargah rəisləri komando hərbi hissələrindən birini ziyarət edərək hərbi hissədə yaradılan şəraitlə tanış olublar.
Hərbi qulluqçuların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənildikdən sonra Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikasından ibarət sərgi nümayiş olunub, onların taktiki-texniki xüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya