“Qarabağ” qış transfer pəncərəsində ilk transferini reallaşdırıb.
Oxu.Az xəbər verir ki, “köhlən atlar” İspaniya La Liqasında çıxış edən “Leqanes”in hücumçusu Ovusu Kvabenanı heyətinə qatıb.
22 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.
Mövsümün ilk yarısını icarə əsasında İspaniyanın “Kordoba” klubunda keçirən qanalı futbolçu 17 oyunda altı qola imza atıb.
Yeni transferimiz ölkəsinin əsas millisində də dörd oyuna çıxıb.