Marko Verattinin yeni komandası bəlli oldu: PSJ qərarını verdi

PSJ Marko Veratti ilə yollarını ayırmağa yaxındır.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, PSJ-nin adı "Qalatasaray"la hallanan Veratti üçün "Əl-Ərəbi" komandası ilə müqavilə imzaladığı bildirilir.

Qətər komandası yaxın günlərdə Marko Verattini razı salaraq bu transferi rəsmiləşdirmək istəyir.

30 yaşlı yarımmüdafiəçinin Paris Saint-Germain ilə 2026-cı ilə qədər müqaviləsi var.

Veratti PSJ ilə 416 oyunda 11 qol vurub və 61 məhsuldar ötürmə edib.