"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının qalibi olduqdan sonra futbolçularını təbrik edərkən Bəhlul Mustafazadə ilə görüşməməsi ilə bağlı sualı cavablandırıb.
Teleqraf-ın məlumatına görə, 53 yaşlı mütəxəssis bu barədə açıqlama verməyə borclu olmadığını bildirib.
Bununla belə, Qurbanov təcrübəli müdafiəçi ilə bağlı problemin olmadığını söyləyib: “Problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək artıq olar. Biz Bəhlulla neçə illərdir birgə işləyirik və oyunlarımızın 90-95 faizində iştirak edirsə, görünən odur ki, heç nə yoxdur. Mənim açıqlama vermək borcum yoxdur. Problem varsa, məncə, daha çox sizlər bilirsiniz. Ona görə hər hansı açıqlama verməyə ehtiyac yoxdur”.