Özbəkistan Azərbaycanın iqtisadi inkişaf modelini öyrənir

Özbəkistanın Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin (İTİM) direktoru Obid Hakimovun rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri başlayır.

Bu barədə “Report”a səfərin təşkilatçısı olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) məlumat verilib.

Məlumata görə, səfərin məqsədi Azərbaycanın iqtisadi inkişaf modelini öyrənəkdir. Nümayəndə heyəti əsasən, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış iqtisadi islahatların idarə edilməsi modeli, ASAN, DOST, KOBİA, Azexport kimi brendlərin təcrübəsini öyrənəcək. Onların Prezident Administrasiyası, Milli Məclis və müxtəlif dövlət qurumlarında görüşlər keçirməsi planlaşdırılır.

Səfərin gedişində İTİM-lə İİKTM arasında anlaşma memorandumunun imzalanması gözlənilir.