ARDNF valyuta hərraclarındakı satışını 27 % azaldıb


Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 4 milyard 845,3 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,7 % azdır.

Təkcə oktyabr ayında isə ARDNF-in valyuta satışının məbləği 539,9 milyon ABŞ dollarıp təşkil edib. Bu isə ötən ilin oktyabr ayına nisbətən 3,6 % azdır.