Büdcəyə 100 milyona yaxın vəsait daxil olacaq


Bundan sonra rüsum toplayan orqanların hesabında hər hansı rüsum qalmayacaq

“Rüsumların dəyişməsi ilə büdcəyə 100 milyona yaxın vəsait daxil olacaq”. Bunu Milli Məclisin iclasında “Dövlət rüsumu haqqında” qanunun müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə rəhbəri bildirib ki, qanuna edilən dəyişikliklərin dövlət rüsumu ilə bağlı yığılmalara təsiri 100 milyon manata yaxındır. 

Qanun haqqında cəmiyyətdə və sosial şəbəkələrdə əsası olmayan müzakirələr gedir. Bundan sonra rüsum toplayan orqanların hesabında hər hansı rüsum qalmayacaq. Bunun əvəzində yığılan bütün rüsumlar dövlət büdcəsi hesabına köçürüləcək. Bununla əlaqədar bu orqanlarda çalışan işçiləri üçün bütövlükdə yeni maaş sisteminin hazırlanması istiqamətində işlər gedir”. 

T.Mirkişili vurğulayıb ki, aksiz markalarının dəyişdirilməsinə görə isə büdcəyə 60 milyon manat vəsait daxil olacaq: 

“Bütövlükdə Vergi Məcəlləsinə edilən dəyişikliklər həcminə və güzəştli kateqoriyanı əhatə etməsinə görə insanlara sosial istiqamətdə dəstək baxımından mühüm addım hesab edilə bilər”.