FAO və “Azərsun Holdinq” arasında əməkdaşlıq memorandumu imzalanıb  -  FOTO



Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və “Azərsun Holdinq” arasında imzalanmış memorandumkənd təsərrüfatı istehsalı və dəyər zəncirinin inkişafı, ekoloji kənd təsərrüfatı və ekoloji mühafizə, aqrar məsləhət xidmətləri kimi sahələrdə birgə əməkdaşlıq və ortaq fəaliyyətlərin həyata keçirilməsinihədəfləyir.
"Sherg.az" xəbər verir ki, Memorandum çərçivəsində daha səmərəli, inkluziv və daha dayanıqlı aqro-ərzaq sistemlərinə keçid məqsədi ilə təbii sərvətlərin səmərəli istifadəsinin təmin olunması və iqlim dəyişikliklərinə uyğunlaşmağa dəstək olacaq yeni yanaşmalar, texnologiya və innovasiyaların öyrənilməsi üzrəəməkdaşlıqplanlaşdırılır. 

Əməkdaşlıq memorandumununimzalanması zamanı kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində ümumi məqsədlərə nail olmaq, həmçinin özəl sektorun qida təhlükəsizliyi və aqro-ərzaq sistemlərinin daha da inkişaf etdirilməsi işlərinə daha fəal cəlb edilməsi, bu sahədə effektiv əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üzrə bir çox fəaliyyətlərin həyata keçirilməsi müzakirə olunub.
Tədbirin açılış mərasimində FAO-nun Baş Direktor müavini və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsiVladimir Raxmanin, “AzərsunHoldinq” Kənd Təsərrüftı məhsulları üzrə baş DirektoruMəhəmməd Gözəl, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi VladankaAndreeva,FAO-nun ölkə üzrə ofisinin rəhbəri Mələk Çakmak çıxış edərək imzalanan əməkdaşlıq müqaviləsinin əhəmiyyətini vurğulayıblar. 

Memorandum çərçivəsində, “heç kəs kənarda qalmasın” şüarı ilə daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və həyat üçün inklüziv və dayanıqlı qida sistemləri üzrə fəaliyyətlər planı da müzakirə olunub. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün kollektiv şəkildə göstərilən çoxtərəfli səylərin artırılmasının və innovativ həllərintətbiq olunmasınınəhəmiyyəti vurğulanıb.

Tədbirdə FAO-nun və “AzərsunHoldinq”in rəhbər heyəti və mütəxəssisləri ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Kredit və İnkişaf Agentliyi,  Aqrar Xidmətlər Agentliyinin rəhbər heyəti və mütəxəssisləri, eləcədə digər qurumların nümayəndələri iştirak edib.