Hindistan buğda ixracına qadağa qoydu



14 May, 2022
12:09
544
1587
Hindistan buğda ixracını qadağan edib.

Ölkənin Ticarət və Sənaye Nazirliyi qadağanın dərhal qüvvəyə mindiyini bəyan edib.

Müvafiq qərar bir çox amillər səbəbi ilə dünyada buğda qiymətinin qəfil qalxması, bunun nəticəsində Hindistanın, qonşularının və digər həssas ölkələrin ərzaq təhlükəsizliyinin risk altında olması nəzərə alınaraq verilib.

Mənbə: RİA Novosti