Azərbaycan neftinin qiyməti 98 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti nisbətən bahalaşıb.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 3,26 ABŞ dolları və ya 3,45% artaraq 97,87 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.