Azərbaycan nefti bu həftə UCUZLAŞIB

Bu həftə (15-19 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 96,042 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,388 dollar və ya 2,43% azdır.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 99,01 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 94,11 dollar səviyyəsində olub.