Azərbaycan neftinin bu günə olan qiyməti

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan neftinin bir barelinin qiyməti 2,18 ABŞ dolları və ya 2,2% azalaraq 96,88 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.