Serbiya Azərbaycandan elektrik enerjisi almaq niyyətindədir

Serbiya Azərbaycandan təkcə təbii qaz deyil, həm də elektrik enerjisi idxal etmək istəyir.
Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyədən bu məsələdə kömək istəyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Belqrada səfəri zamanı Vuçiç məsələni gündəmə gətirib.
Rusiya qazından, demək olar ki, tamamilə asılı olan Serbiya enerji mənbələrini şaxələndirmək istəyir. Serbiya Azərbaycandan təkcə təbii qaz deyil, həm də elektrik enerjisi idxal etmək istəyir.
Belqrad və Bakı elektrik enerjisinin satış qiymət ilə bağlı razılığa gəliblər, Bolqarıstan da layihəyə qoşulub. Amma transfer üçün Türkiyənin “hə” deməsi zəruridir.
“Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar apardıq. Qiymətlə bağlı razılığa gəldik. Bolqarıstan tərəfi ilə birlikdə bütün məsələləri həll etdik. Lakin bunu Rəcəb Tayyib Ərdoğan və Türkiyə olmadan reallaşdıra bilmərik”, - deyə Aleksandr Vuçiç qeyd edib.

Mənbə: Haber Global