Gələn il Azərbaycan 1 milyard manat borc qaytaracaq

Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində dövlət borcun və öhdəliklərinə xidmətlə bağlı xərclərin 1 005 milyon manat olması nəzərdə tutulub.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 43,9% azdır.
Gələn il borc xərcləri büdcə xərclərinin 3%-ni təşkil edəcək.