Nazir: “Cəbrayılda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılmasından 1 il keçir” - FOTO

“Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılmasından 1 il keçir”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib:
“Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik Sənaye Parkı regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm mexanizmdir. Hazırda rezident olmaq üçün 30 milyon manat çox investisiya dəyərində 6 layihəyə baxılır. Bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq.
Sənaye Parkının ilk rezidenti “KAMAZ Lizinq Azərbaycan” isə artıq tikinti işlərinə başlayıb”.