Azərbaycandan Moldovaya qaz ixracı müzakirə edildi - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş naziri Natalya Qavrilitsa ilə görüşüb.
Bu barədə nazir “Twitter” hesabında yazıb.
“Görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafı, investisiya və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi, Azərbaycandan bu ölkəyə qaz ixracı barədə fikir mübadiləsi apardıq”, - M.Cabbarov qeyd edib.