“Vergi əmanətin üstünə gələn faizdən tutulur” - Niyə narazısınız ki?

“Hər bir insan vergi verməlidir. 7 ildir ki, əmanətlər üzərindən vergi tutulmurdu”.
Bunu bank məsələləri üzrə ekspert,iqtisadçı Əkrəm Həsənov banklardakı depozitlərdən vergilərin tutulmasından danışarkən deyib.  O qeyd edib ki, bütün vətəndaşlardan vergi tutulur:

“Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlət üçün müxtəlif funksiyaları daşıyıb. Müasir sosial müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara işləyənlərlərdən alınan vergilərlə köməklik  göstərmək niyyətindədir. Əmanətçilərdən vergi də elə məhz bu səbəbə görə tutulur. Neçə ildir ki, onlardan vergi tutulmurdu . 

Bu məsələyə bir qədər başqa yanaşmaq lazımdır. Hər bir kəs gəlirindən vergi ödəməlidir. Bir nəfər gedib banka əmanət qoyur və üstünə faiz gəlir.

 Onlardan 10 faiz  vergi tutulur. Həmin insanlara sual vermək istəyirəm ki, niyə narazısız ? Bəzi işləyən insanların gəlirlərindən 14 faiz vergi tutulur. Niyə işləyən insan əziyyət çəkib, alın təri ilə qazandığı gəlirindən vergi versin, sən əlavə pulunun üstünə gələn gəlir faizindən vergi verməyəsən. 

Vergi dövlət aparatının saxlanılması üçün verilir. Bizi müdafiə edən polislərin maaşları həmin vergilər sayəsində ödənilir. Buna narazılıq edən insanlara xatırlatmaq istəyirəm ki, həmin polislər hər sahədə sizi və pul qoyduğunuz bankları mühafizə edirlər. Bəzən vətəndaşları bu yöndə çaşdırırlar. Elə bilirlər ki qoyulan puldan vergi tutulur . Vergi əmanətin üstünə gələn faizdən tutulur”. 

Bankların kredit verməsinə və ordan da faiz tutulmasına gəlincə, ekpert diqqətə çatdırıb ki, onlardan da faiz tutulur:

“Banklar illik mənfəətlərindən 20 faiz vergi verirlər. Ümumən dövlətin qanun budur ki, vergi verilməlidir. Əksər insan vergidən azad oluna bilər. Gəliri və sosial təminatı az olan vətəndaşlar  vergilərdən azad edilir”.

Şərqiyyə Nəbi