Yanvarda Özbəkistan Azərbaycana 121 ton kişmiş ixrac edib

Bu ilin yanvarında Özbəkistan Azərbaycana 121 ton kişmiş ixrac edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə ixrac göstəriciləri 464 ton artıb. Yeddi min ton özbək kişmişinin böyük hissəsi - 3,4 min tonu Qazaxıstana tədarük edilib. Yanvarda respublikanın ən çox kişmiş ixrac etdiyi ölkələr: Rusiya - 910 ton, Çin - 511 ton, BƏƏ - 454 ton, Türkiyə - 386 ton, İran - 299 ton, Belarus - 192 ton.