Almaniyada “Mercedes” zavodunda atışma olub, bir nəfər ölüb

“Mercedes-Benz” avtomobil şirkətinin Almaniyanın Sindelfingen yaşayış məntəqəsində yerləşən zavoduna hücum təşkil edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Polisin məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Zavoda hücum edən şəxsin saxlanıldığı bildirilir.
Hadisənin təfərrüatları açıqlanmır.